Siyasət

Ermənistan və İran Prezidentləri bir neçə sahələrdə böyük layihələrin həyata keçirilməsinə əhəmiyyət veriblər

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün işgüzar səfərilə Tehrandea olan Prezident Serj Sarkisyan Prezident Ruhani ilə görüşüb.

Prezidentlər bir neçə sahələrdə həyata keçirilən böyük, yeni və prespektivli layihələrinə əhəmiyyət veriblər. Görüşdə enerji, xüsusilə qaz və elektrik enerjisi eləcə də nəqliyyat və rabitə sahələri, o cümlədən Ermənistan və İran ərazisindən Fars körfəzi Qara dəniz ilə birləşdirən beynəlxalq nəqliyyat və tranzit marşrutları əhəmiyyəti qeyd olunub. Qaz və enerji sahələrində üçtərəfli İran-Ermənistan-Türkmənistan formatla əməkdaşlığın inkişafına da əhəmiyyət verilib.

Tərəflər İran İslam Respublikası və  Avrasiya İqtisadi Birliyi arasında azad ticarət sazişi ilə bağlı keçirilən danışıqlara əhəmiyyət veriblər. İran Prezidenti qeyd edib ki, indiyədək bu istiqamətdə bir neçə addımlar atılıb və yaxın gələcəkdə sazişin imzalanması olduqca səmərəli olacaq.

Həsən Ruhani Ermənistan təşəbbüsü ilə iki ölkə arasında çıxış və giriş vizaların ləğv olunmasını yüksək qiymətləndirib, çünki bu, biznes əlaqələri, iqtisadi fəaliyyətləri, investisiya və  turizmi təşfiq etmək baxımından çox önəmli və səmərəli addım idi.

Daha çox göstər
Back to top button