
İran Prezidenti Həsən Ruhaninin andiçmə mərəsimində iştirak etmək məqsədi ilə bir neçə beynəlxalq nümayəndə heyətləri ilə birlikdə Avrasiya İqtisadi komissiyası kolegiya sədri Tiqran Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti də Tehrana səfər edib. Tiqran Sarkisyanı İran birinci prezident müavini Eshağ Cahangiri qəbul edib.
Tərəflər Avrasiya iqtisadi Birliyi və İran arasında əməkdaşlıq barədə məsələləri müzakirə edib, eyni zamanda ABŞ tərəfindən Rusiyaya və İrana qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinə toxunublar.
Tiqran Sarkisyan ümidvar olduğunu bildirib ki, AİB və İran arasında azad iqtisadi zonasının yaradılması haqqında razılaşma yaxın zamanlarda imzalanacaq.
Eshağ Cahangiri ABŞ tərəfindən sanksiyalardan istifadə edilməsini qəbul ediləməz sayıb.
“ABŞ İran və Rusiyaya qarşı yeni və bir tərəfli sanksiyaları əsasəsəzdır və qəbul edilə bilməz, bu şəraitlərdə Avrasiya imkanlarından istifadə edilməsi İran və Rusiya daxil olmaqla, bir neçə ölkənin problemlərinin həll edilməsinə təşvik edə bilər”, – deyə Cahangiri bəyan edib.