BaşlıcaSiyasət

Erməni tərəfi Azərbaycanın yaydığı məlumatı təkzib edib: Sərhəddə vəziyyət sakitdir

Erməni tərəfi Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndində 13 yaşlı uşağın yaralanması haqda yaydığı məlumatı təkzib edib. Bu barədə ER MN mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

“Avqustun 7-də gün sonunda Azərbaycanda fəaliyyət göstərən bir neçə xəbər saytları Ermənistan Silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndində yaralanan 13 yaşlı uşaq haqqında xəbər verib.

Bu dezinformasiyanı təkzib edirirk və Azərbaycanın hərbi-siyasi rəhbərliyinə xəbərdar edirik ki, hər hansı təxribat cavabsız qalmayacaq və bütün məsuliyyət Azərbaycan rəhbərliyinin üstünə düşəcək.

Dünən sərdəddə vəziyyət sakitdi və erməni silahlı bölmələri heç bir atəş açmayıblar. Bu məlumatın dezinformasiya olduğunu uşağın yaralarının fotolarından da görünür. Yaralar köhnədir və atəş nəticəsindən olmadılar”.

Daha çox göstər
Back to top button