BaşlıcaSiyasət

MN: ER Silahlı Qüvvələri atəş açmayıb. Bu təxribat cavabsız qalmayacaq

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, dünən  axşam saatlarında Azərbaycanda fəaliyyət göstərən bir neçə xəbər saytları Ermənistan Silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndində yaralanan 13 yaşlı uşaq haqqında xəbər verib.Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndində 13 yaşlı uşağın yaralanması haqda yaydığı məlumatı təkzib edib.

“ER Müdafiə Nazirliyi qeyd olunmuş məlumatları təkzib edir və bildirir ki, dünən axşam saatlarında  və gecə boyunca Erməni Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhəd boyunca heç bir atəş açmayıb. ER Müdafiə Nazirliyi bir daha da xatırladır ki, Ermənistan Respublikası Silahlı Qüvvələri heç bir zaman və hər hansı bir durumda dinc sakinlərə atəş açmırlar.

Azərbaycan dezinformasiyası özlər tərəfindən yayılmış fotolardan belə görünür. Fotolarda aydın şəkildə görünür ki, uşağın yaraları köhnədir və avqustun 7-də açılmış atəşdən olamazdılar.

Ermənistan Respublikası MN Azərbaycanın hərbi-siyasi rəhbərliyini yeni macəralar etməkdən çəkinməyə çağırır və xəbərdarlıq edir ki, hər hansı təxribat cavabsız qalmayacaq”,-deyə MN bəyanatında deyilir.

Daha çox göstər
Back to top button