İctimaiyyət

Artsax hökuməti yeni bağçaların yaradılmasına dəstək verəcək

Artsax Respublikası Baş naziri Arayik Harutyunyan işgüzar səfəri ilə Martakert rayonuna gedib. Orada bağçılıq mövzu ilə bağlı müşavirə təşkil edilib. Artsax Respublikası hökumətinin administrasiyasında verilən məlumata görə, Arayik Harutyunyan qeyd edib ki, rayonun əlverişli iqlim şəraitlərini nəzərə alaraq hökumət nar bağları yetişdirənlərə dəsətk verəcək.

“Bağçalıqla məşğul olanlara və xüsusilə də nar bağları sahiblərinə damcı suvarma sistemi yüklemek üçün hökumət tərəfindən yardım göstəriləcək. Martakert rayonunda nar bağları yetişdirmək üçün böyük layihə nəzərdə tutulur və bu ildə 500 hektara qədər bağ qurula bilər”,-deyə Baş nazir bildirib.

Arayik Harutyunyan müşavirədən sonra Martakert şəhərindəki “Martakertin məsulları” adlı yeni açılmış fabrikaya da gedib. Orada yeni texnologiyaları və gələcək layihələri ilə tanış olub. Dövlət dəstəyi ilə qurulmuş fabrikada təxminən 30 yeni iş yeri açılıb və aylıq ən az 120 min dramç maaş verilir. Sonra isə, Baş nazir rayonun Matağis kəndinə gedib. Orada Rusiyalı iş adamı tərəfindən qurulmuş istirahat zonasının təntənəli açılış mərasimində iştirak edib.

Daha çox göstər
Back to top button