Ekonomika
Azərbaycanda banklar müştərilərini itirir
2017-ci ilin İyun ayında bank müştərilərinin sayı May ayının sonundakı 5692944-dan 5612810-a geriləyib. O cümlədən fiziki şəxs müştərilərin sayı 5614900-dən 5534553-ə düşüb. Ondan sahibkarlıqla məşğul olan fiziki şəxs müştərilərin sayı 205688-dən 210533-ə qalxıb. Hüquqi şəxs müşətərilərin sayı isə 77954-dən 78257-yə çıxıb.
İyunda banklarda müştəri hesablarının sayı 15837535-dən 15779096-ya, cari hesablar isə 13047360-dan 12992831-ə geriləyib.
İyunda kredit hesabları 2393198-dən 2396705-ə qalxıb, depozit hesabları 396977-dən 389560-ə düşüb.
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari hesabları 207076-dan 215598-ə, şirkətlərin cari hesabları isə 146890-dan 149053-ə qalxıb.