Siyasət

Edvard Nalbandyan: “Ermənistan DQ münaqişəsinin nizamlanması məsələsində dost Çinin balanslı mövqeyini yüksək qiymətləndirir”

Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Çin Xalq Respublikasının Xarici işlər naziri Avropa və Mərkəzi Asiya məsələləri üzrə müavini Li Hauilaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşün gündəmdə regional və  beynəlxalq bir sıra məsələ yer aldı.

Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması istiqamətində Ermənistan və ATƏT MQ həmsdərləri tərəfindən göstərilən səyləri təqdim edərək, münaqişənin nizamlanması məsələsində dost Çinin balanslı mövqeyini yüksək qiymətləndirib. Öz növbətində Li Hauilayn vurğuladı ki, Çin münaqişənin yalnız sülh yoluyla nizamlanmasına yönəldilmiş səylərinə dəstək verir.

Görüşdən sonra Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan, Yerevan bələdiyyə başçısı Taron Markaryan və Çin Xarici işlər nazirinin müavini Li Hauilayn Yerevanda Çin Xalq respbulikasının səfirliyinin yeni binasının tikintisinin başlanması mərəsimində iştirak edib.

Daha çox göstər
Back to top button