Ermənistanda aylıq orta əməkhaqqı 397, Azərbaycanda 299 dollardır

“Nastoyaşee vremya” telekanalı postsovet ölkələrində insanların həyat səviyyəsini və orta ayqlıq rısmi statistik məlumatlara əsaslanaraq reytin cədvəlini müəyyən edib.
Estoniya əhalinin orta aylıq gəlirinə görə, postsovet məkanında lider ölkədir. Bu ölkədə orta aylıq əmək haqqı 1313 ABŞ dolları təşkil edir.
Azərbaycan isə Gürcüstan və Ermənistandan sonra 9-cu yeri bölüşür. Gürcüstanda orta aylıq əməkhaqqı 413, Ermənistanda isə 397 dollardır. Azərbaycanda bu rəqəm 299 dollardır. İndi isə keçmiş SSRİ-nin varisləri olan ölkələrdə orta aylıq əmək haqqında rəsmi reytinq cədvəlini təqdim edirik:
Estonia-1313 $
Latviya-1009 $
Litva – 903 $
Rusiya – 657 $
Qazaxstan – 432$
Gürcüstan – 413 $
Belarus – 402 $
Ermənistan – 397 $
Azərbaycan – 299 $
Moldova-288$
Ukrayna -263$
Qırğızstan- 204$
Türkmənistan-198$
Özbəkistan-177$
Tacikstan-120$ orta aylıq əməkhaqqı təşil edir.