İctimaiyyət

Vəkil: “Qobustan həbsxanasında Abbas Hüseynova işgəncə verilir”

“Nardaran işi” ilə bağlı həbs edilmiş, Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov dəhşətli işgəncələrə məruz qalır. Bu barədə Turan-a vəkil Yalçın İmanov Hüseynovun özünə istinadla məlumat verib.

İşgəncələrdə həbsxana rəisi Aftandil Ağayev, onun müavini Emin Cəfərov, əməkdaşlar İlkin Axundov, Namiq Ağayev və Rövşən, İqbal adlı işçilər və başqaları iştirak ediblər. Bu barədə vəkilə Hüseynov özü avqustun 8-də görüşdə bildirib.

Hüseynov deyib ki, Bakı Apellyasiya Məhkəməsində dindarlara son sözlə çıxış etməyə imkan verilmədiyinə görə onların keçirdiyi etiraz aksiyasından sonra Kürdəxanı istintaq təcridxanasında Hüseynovu 7 günlük karserə salıblar.

Daha çox göstər
Back to top button