Ekonomika

Ermənistanda yeni su elektrik stansiyasının projesi üçün 150-180 mln dollar investisiya qoyulacaq

Ermənistan Respublikasının Hökuməti “Ermənistanın investorlar fondu” ilə Lori rayonunda gücü 76 mqvt olan “Şnoğ” su elektrik stansiyasının tikinti, məliyyə, mülkiyyət hüququ ilə idarə, fəaliyyət göstərməsi haqqında çərçivə sazişinin imzalanması ilə bağlı layihəni təsdiq etdi.

“Qərarın qəbul edilməsi Hökumətin enerji təhlükəsizliyininin gücləndirlməsinə yönəlmiş proqramına əsaslanır. Aydındır ki, Debed və Araks çaylarının su ehtiyatları az istifadə olunur, bu investisiya proqramı qismən bu boşluğu doldurmaq məqsədi daşıyır”- deyə Manukyan qeyd etdi. O, əlavə etdi ki, proqram beynəlxalq ətraf mühitin ekoloji təşkilatlarının standartlarına uyğundur. Proqram çərçivəsində investisiya fondu Qərbdəki şirkətləri ilə əməkdaşlıq edəcək. Proqramın investisiya həcmi 150-180 milyon ABŞ dolları qiymətləndirilir.

Daha çox göstər
Back to top button