Ekonomika

Ermənistandakı iki hərbi zavod birləşdirilir

ER hökuməti “65 hərbi zavodu” QSC-in  “Garni-Ler” elmi-istehsalat müəssisəsi ASC-ə birləşdirilməsi haqqında qərar verib.

Bunun nəticəsində ER “Garni-Ler” ASC-in 100 faiz sahibi olaraq, hərbi-sənaye inkişafı dövlət planlarında daxil oluna biləcək. Buna görə də şirkət məsələləri üzrə daha aktiv şəkildə danışıqlarda iştirak edərək, Ermənistan beynəlxalq müqavilələr çərçivəsində birgə şirkətlərin yaradılmasında daxil olunacaq.

ER Müdafiə naziri Vigen Sarksiyan bildirib ki, bu qərarın məqsədi iki şirkətin istehsalat potensialının birləşdirilməsi ilə hərbi məhsulların müəsirləşdirilməsinin daha məhsuldar olmasıdır.

“65 hərbi zavodu”- nun əsas fəaliyyəti atıcı silahın, artileriyanın ayrı sistemlərinin təkmilləşdirilməsi və qoşunlarda texniki xidtmətləridir.

“Garni-Ler” elmi-istehsalat müəssisəsi ASC-in idarəsi ER Müdafiə Nazirliyinin nəzarətindədir.

Daha çox göstər
Back to top button