Siyasət

Şavarş Koçaryan: “ATƏT MQ həmsədrləri üçün bu gün bir nömrəli problem hərbi əməliyyatların qarşısını almaqdır”

ATƏT MQ həmsədrləri üçün bu gün əsas problem mümkün hərbi əməliyyatların qarşısını almaq və gərginliyin azaldılmasına nail olmaqdır. Bu həmdərlər üçün bir nömrəli problemdir.

Bunu bu gün hökumətdə jurnalistlərlə müsahiəbsində ER Xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

“Vasitəcilər bu məsələ ilə bağlı həm öz bəyanatlarıyla, həm də addımlarıyla çox ardıcıldır. Bu gün onların iki missiyası razılığın əldə edilməsinə dəstək vermək və hərbi əməliyyatların başlanmasına icazə verməməkdir. İndi həmsədrlər xüsusilə ikincisi ilə məşğuldur”, – deyə Koçaryan bəyan edib.

Sərhəddəki vəziyyətə gəlincə, Şavarş Koçaryan deyib ki, Qarabağ təmas xəttində nisbətən sakitdir, amma erməni tərəfi həmişə anlayır ki, Azərbaycan öz siyasətini dəyişmir.

“Bu ölkənin siyasəti həmişə gücdən istifadə edilməsi ilə bağlı olub və belə də qalmaqda davam edir, bu şəkildə onlar vasitəçiləri şantaj etməyə cəhd edir, amma bu uğursuzdur. Məncə nisbətən sakit vəziyyətə baxmayaraq biz hər zaman çox diqqətli olmalıyıq”.

Münaqişənin güc yolu ilə həll edilməsinin istisna edilməsi haqqında İran prezidenti Ruhaninin bəyanatının tərəflərdən birinə yönəldilmiş mesaj ya da yalnız bəyanat olduğu barədə suala cavab olaraq Koçaryan bunu deyib: “Əvvəlcə bunu İran prezidenti deyib, ikincisi də bu olmadan da aydındır ki, Ermənistanın iki dost dövlətləri olan İran və Gürcüstan regionda vəziyyətin gərginləşdirilməsini istəmirlər. Biz bu məsələdə həm söz, həm də işlə əmin olmuşuq”.

 

Daha çox göstər
Back to top button