EkonomikaTəhlil

Vahid Məhərrəmov: “Meyvə-tərəvəz istehsalında Azərbaycan Ermənistandan geridədir”

“Azərbaycanın ərzaq malları ilə özünütəminat səviyyəsi 50 faizdir. Əksər MDB ölkələrinin qida məhsulları ilə təminat səviyyəsi isə yüksələn xəttlə gedir. Xüsusən Belarusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya – istehlak normasından çox məhsul istehsal edir”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir.

Vahid Məhərrəmov deyir ki, Ermənistan Azərbaycandan 2,6 dəfə çox tərəvəz, 2,9 dəfə çox kartof istehsal edir:

“Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan adambaşına 89 kiloqram meyvə və giləmeyvə istehsal etdiyi halda, Ermənistanda bu göstərici 131 kiloqramdır. Adambaşına tərəvəz istehsalı Azərbaycanda 134, Ermənistanda isə 349 kiloqram (2,6 dəfə çox) olub. Adambaşına kartof istehsalı Ermənistanda Azərbaycanla müqayisədə 2,9 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Ermənistan adambaşına 256 kiloqram kartof istehsal etdiyi halda, Azərbaycanda bu göstərici 88 kiloqram olub. Beləliklə, Azərbaycan kənd təsərrüfatı məhsulu istehsalı və istehlakı üzrə MDB-də ən geridə qalan ölkələrdən biridir”.

Daha çox göstər
Back to top button