Siyasət

Kosta Rika Artsax münaqişəsinin yalnız sulh yolu ilə nizamlanmasına yönəldilmiş ATƏT Minsk qrubunun səylərinə dəstək verir

Kosta Rikada ER səfiri Ara Ayvazyan (oturacaq yeri Mexiko) Kosta Rika respublikasının prezidenti Luis Gilyermo Solisə etimadnaməsini verib. Prezident Solis Erməni xalqının tarixi haqqında böyük hörmətlə danışaraq, Ermənistanla dövlətlərarası münasibətlərin inkişafına böyük əhəmiyyət verib.

Səfir Ayvazyan öz növbətində qeyd etdi ki, Ermənistan Kosta Rika ilə ikitərəfli məhsuldar əməkdaşlıq etməklə maraqlıdır.

Prezident Solisin xahişi ilə səfir Ayvazyan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması prosesini, Artsaxa qarşı Azərbaycanın təcəvüzündən sonra danışıqlar prosesinin irəriləməsi üçün zəruri şəraitlərin yaradılması istiqamətində Ermənistan və ATƏT Minsk qrubuna həmsədrlik edən ölkələr tərəfndən göstərilən səyləri və bu prosesdə mövcud problemləri təqdim edib. Bu məzmunda Kosta Rika prezidenti əmin etdi ki, öz ölkəsi ATƏT Minsk qrubunun həmsədr ölkələrinin münaqişənin yalnız sülh yoluyla nizamlanmasına yönəldilmiş səylərinə dəstək verir.

 

Daha çox göstər
Back to top button