İctimaiyyət

Rakkada iki erməni ailə DAEŞ-dən qurtarılıb

Suriya hökumətinin ordusu Rakkadan erməni və assuri bir neçə ailələri azad edib. Onlar “İslam Dövləti” tərəfindən şəhəri ələ keçirdikdən sonra şəhərdən qaçamayıblar.

Bu barədə “Agos” qəzeti Suriyanın kürd bölgəsində işləyən azad jurnalist Mesut Muhammada istinadən məlumat yayıb.

Azad edilmiş ermənilərdən Saus Karapetyan anlatdı ki, “İslam Dövləti” terrorçuları onları hicab daşımayı məcbur ediblər, lakin müsəlman qadınlardan fərqli olaraq üzləri açıq olmalı idi. Digər ermənilər isə, lağ və həqarətə məruz qaldıqlarını anlatdılar.

“İslam Dövləti” tərəfindən Rakka şəhərini işğal etdikdən sonra yerli xristyanların əksəriyyəti Hasake şəhərində sığınacaq tapmışdı.

Daha çox göstər
Back to top button