Siyasət

Azərbaycanda fəallar axtarılır

Şirvanda polis Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlunun atasını saxlayıb. Bu barədə Turan-a İ. İslamoğlu özü bildirib.

Onun szölərinə görə, bir neçə saatdan sonra gənc fəala zəng ediblər ki, Şirvan polis şöbəsinə gəlsin.

“Dedilər ki, özün gəlməsən atanı buraxmayacağıq. Mən razılaşdım. Hansı polis bölməsinə desələr oraya gedəcəm. Hazırda zəng gözləyirəm”, – İ.İslamoğlu qeyd edib.

O axtarılmağının səbəbinin siyasi məhbuslarla bağlı tədbir keçirməsi və etiraz aksiyası keçirəcəyi barədə status yazması ilə bağlı olduğunu bildirib.

AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qaranın isə telefonu bir neçə saatdır ki, cavab vermir.

AXCP Sumqayıt şöbəsində bildiriblər ki, R.Qara bu gün səhər saatlarında evlərinin qarşısında mülki geyimli şəxslərin olduğu barədə onları məlumatlandırıb.
“4 saatdan çoxdur ki, Ruslan Qaradan xəbər yoxdur”, – fəal Elçin Həsənzadə bildirib.

Avqustun 11-də mülki şəxslər Press-az.com saytının rəhbəri Polad Aslanovun evinə gedərək onu axtardıqlarını bildiriblər. Telefon nömrəsini soruşublar. Bu barədə Turan-a P.Aslanov özü bildirib.

P.Aslanov axtarılmağının səbəbini siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı apardığı işlə əlaqələndirib.

Daha çox göstər
Back to top button