İctimaiyyət

Astanada avqustun 16-da Ermənistan Milli gününə həsr olunmuş tədbir keçiriləcək

“Astana expo-2017” beynəlxalq sərgisi çərçivəsində avqustun 16-da Ermənistan Milli gününə həsr olunmuş tədbir keçiriləcək. Turizm dövlət komitəsinin mətbuat xidmətinin məlümatına görə, avqustun 12-də ER İqtisadi inkişaf və investisiyalar nazirliyinin turizm dövlət komitəsinin sədri Zarmine Zeytuntsyantsın başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanaya gedib.

Burada avqustun 16-da Qazax mədəni xadimləri, turizm sahəsinin nümayəndələri və yüksək səviyyəli dövlət vəzifəlilərinin iştirakı ilə Ermənistan Milli gününə həsr olunmuş tədbir çərçivəsində mətbuat konfransı təşkil ediləcək.

Ermənistandan getmiş mütəxəssislər Ermənistanı turistik istiqamət olaraq təqdim edəcək. Həmçinin ekskursiya planları, tədbir turizmi və Yerevanda istirahət günləri, 2017-ci ilin tədbirlər gündəmi təqdim ediləcək.

Milli günü münasibəti ilə, həmçinin, Ermənistan və erməni turizmi haqqında filmin təqdimatı baş tutacaq.

Daha çox göstər
Back to top button