Ekonomika

Azərbaycan əhalisi daha az xərcləyir, biznes ölkədə daha çox çətinlik çəkir

«Exo» qəzetində «Azərbaycan əhalisi daha az xərcləyir, biznes ölkədə daha çox çətinlik çəkir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkə əhalisinin sosial problemlərini ekspertlərlə nəzərdən keçirir.

Yazıda bildirilir ki, rəsmi məlumatlara görə, son iki rübdə ölkə əhalisinin sosial-iqtisadi həyatında artım müşahidə olunur. Ancaq ekspertlər bir qədər fərqli düşünürlər:

«Rəsmi məlumatlara görə, idxal 28 faiz azalıb. Ancaq bu o demək deyil ki, Azərbaycan bir neçə ay ərzində idxalı yerli məhsullarla əvəz edə bilib. Bu məqsədə çata bilmək üçün çox vaxt lazımdır və ölkə hələ idxaldan çox asılıdır. İdxal həcminin belə kəskin azalması iqtisadiyyatdakı pis durumdan gələn siqnallardır».

Ekspertlərə görə, bazarda idxalın həcminin azalması artıq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin və qənaət rejiminə keçməsinin göstəricisidir. İndi çoxları restoranlara gedərək pul xərcləməyi özünə rəva bilmir.

Ekspertlər hesab edirlər ki, əhalinin nisbətən imkanlı təbəqəsi gəlirlərinin bir hissəsini «arxa»ya atmaq istəyir:

«Ancaq çoxunun sərbəst ehtiyatı yoxdur, buna görə də, gəlirlərini ən zəruri olanların alınmasına hesablayırlar. İstehlakçıların belə davranışı daha çox kiçik və orta biznesin fəaliyyətinə mənfi təsir edir. Olur ki, hətta iri şirkətlər də bundan ziyan çəkirlər».

Yazıda rəsmi statistik məlumatlara əsasən vurğulanır ki, inflyasiya 14 faizə çatıb. 2016-cı ildə isə inflyasiya 12.4 faiz olmuşdu.

Daha çox göstər
Back to top button