Təhlil

İlham Əliyev ölkənin sərvətlərini yaxın adamları arasında bölüşdürməklə məşğuldur

Cəmil Həsənli, Milli Şuranın sədri

Ötən həftə Milli Şurada biz ölkənin social-iqtisadi vəziyyəti ilə bağlı geniş bir dinləmə keçirdik. Mənzərəson dərəcə məyusedicidir. Zəngin təbii ehtiyatları, böyük əmək potensialı, bərəkətli torpaqları olan bir ölkə iqtisadi fəalakət həddinəgətirilib. Bunlar neft pullarını öz aralarında bölüşdürməyi iqtisadiyyat zənn edirdilər. Nəticəsi göz qabağındadır. Dağdan daşdan ibarət olan Emənistanda orta aylıq əmək haqqı 399 avro, xəzinə üstündə oturub səfalət içində boğulan Azərbaycanda 299 avro. Bunu biz demirik, qeyd edilən rəqəmləri beynəlxalq əmək təşkilatı elan edib. Açması budur ki, hər ay erməni həkimin, müəllimin, fəhlənin, kənd təsərrüfatı işçisinin ortalama əmək haqqı, Azərbaycan müəllimi, həkimi, fəhləsi, kənd təsərrüfatı əməkçisinin ortalama əmək haqqından 100 avro, yəni 200 manat çoxdur. İqtisadi təhlillər göstərir ki, Azərbaycanda işləyən insanların və pensiyaçıların yarıya qədərinin aylıq əmək haqqı və pensiyası neft erası dövründə lağa qoyulan Ermənistanın bu gün vətəndaşına Azərbaycan hökumətindən artıq ödədiyi həmin 100 avrodan aşağıdır. Ölkəni idarə edənlər, yaratmaz idarəçiliyi ilə məmləkəti belə rüsvayçı duruma salanlar öz əməllərindən utanıb xəcalət çəkməlidirlər.

Bunu Azdliq.info yazır.

Daha çox göstər
Back to top button