Siyasət

PUA-ların israilli operatorları azərbaycanlıların xahişi ilə ermənilərə hücum etməkdən imtina ediblər

İsrail Müdafiə Nazirliyi İsrailin Aeronautics Defense Systems şirkətinin operatorlarının erməni hədəfinə Azərbaycana verilən yeni PUA-ların imkanlarını göstərməkdən imtina etməsi ilə bağlı məlumatı yoxlayırlar.

Bu haqda Newsru-Israel “Maariv a-Şauva” qəzetinə istinadəın məlıumat yayır.

Məqalə müəllifi Yosi Melman yazır ki, müvafiq şikayət İsrail Müdafiə Nazirliyinə təqdim edilib. Aeronautics Defense Systems şirkəti ittihamları rədd edir.

Mənbəyə görə, hadisə təxminən bir ay əvvəl baş verib, haçan ki PUA-ların yeni sazişini müzakirə etmək üçün Aeronautics Defense Systems şirkətinin nümayəndə heyəti Bakıya getmişdi. Qeyd olunur ki, azərbaycanlı hərbçilər yeni texnikanın imkanlarını erməni ordusuna qarşı real döyüş əməliyyatlar zamanı göstərilməsini xahiş ediblər, lakin rədd edilmişlər. Məqalədə deyilir ki, Azərbaycan MN hücumu öz SQ gücünü göstərmək məqsədilə istəyirdi.

“Maariv” xatırladır ki, İsrail Müdafiə Nazirliyinin qanunlarına uygun olaraq silahların israilli təchizatçıları MN-nın xüsusi əmri olmadan xarici ölkələr ərazisində döyüş əməliyyatlarda iştirak edə bilməzlər.

“Maariv”-ə görə, nümayəndə heyətinin rəhbərləri İsrail şirkətinin əməkdaşlıarına təzyiq göstərməyə cəhd ediblər, lakin operatorlar razı olmadılar. Nəticədə pilotsuz uçuş aparatının tətbiqi qurbanlara səbəb olmadı, lakin hədəf zərərsizləşdirilib. Erməni hərbçilərə qarşı hücum zamanı uçuş aparatını idarəetməkdən imtina edən operatorlardan biri daha sonra şirkətdən ayrılıb. Məqaləyyə görə digər operator da işdən ayrılacaqdır.

İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Nazirlik müdafiə ixracatları adətən şərh etmir. Nazirliyin müvafiq qurumları məlumatı yoxlayırlar”.

Aeronautics Defense Systems şirkətinin mətbuat katibi şikayətdəki iddiaları təkzib edir və bildirir ki, “Şirkət öz istehsalı sadəcə MN müdafiə ixracataını nəzərət edən şöbəsinin patentinə uygun olaraq dünyanın 50 ölkəsinə ixrac edir”. Qeyd olunur ki, operativ idarəsi həmişə alan tərəfi edir və o, sadəcə onun məsuliyyətindədir. “Aeronautics şirkəti öz imkanlarını heç bir dəfə canlı hədəfə qarşı göstərməyib və bu dəfə də elə olub”,-deyə bəyanatda deyilir.

Daha çox göstər
Back to top button