Ekonomika
Azərbaycan büdcəsində 354 milyonluq kəsir var

Bu ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 410,7 milyon manat, xərcləri 9 milyard 765,6 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, büdcənin icrasında 354,9 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,9%-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7 milyard 724,8 milyon manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 8 milyard 193,7 milyon manat xərclənib. Büdcənin icrasında yaranmış 468,9 milyonmanatlıq kəsir ÜDM-in 1,5%-ni təşkil etmişdi.