Siyasət
İran Parlamentinin erməni deputatları Almaniya səfəri ilə görüşüblər
İran Parlamentindəki erməni əsilli nümayəndələri Corcik Abrahamyan bildirib ki, İranda ermənilərin siyasi və dini azadlıqları vardır. Bu barədə İRNA agentliyi Abrahamyan Almaniyanın İrandakı səfiri Mixayel Klor-Bertxold ilə görüşdə bildirib. Görüşdə Meclisin digər erməni deöutatı Karen Xanlaryan da iştirak edib.
İran və “altı” arasında imzalanmış nüvə razılaşmasına toxunaraq Abrahamyan deyib ki, bu böyük nailiyyət idi. Karen Xanlaryan isə qeyd edib ki, iki ölkə arasında tarixi yaxşı əlaqələri var idi və bu, siyasi və iqtisadi əlaqələrin gücləndirməsinə yardım edəcək. Səfir qeyd edib ki, Almaniya dinlər arasında olan dialoqu müdafiə edir və ümid edir ki, İranla nüvə razılaşması saxlanılacaq.