İctimaiyyət

Azərbaycan hakimiyyətləri müstəqil KİV-ə təzyiq etmək üçün maliyyə mexanizmlərindən istifadə etməkdə davam edir

Azərbaycanda Əliyev diktaturası müstəqil mətbuatına təzyiq etmək üçün maliyyə mexanizmlərindən istifadə etməkdə davam edir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaq başlanıb. Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

“Turan” agentliyi öz növbətində bildirir ki, agentlik qeyri-qanuni heç bir şey etməyib və bu vergi addımları “Turan” agentliyinin fəaliyyətinin durdurulmasına yönəldmişdir.

 

 

Daha çox göstər
Back to top button