Ekonomika

Azərbaycandan neft ixracı 20 faiz azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi mənfi tendensiya göstərir. Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda bu göstərici 10 milyard 522 milyon 54,35 min dollar (ixrac 6 milyard 152 milyon 362,04 min dollar, idxal 4 milyard 369 milyon 692,31 min dolla) olub. İxrac ötən ilin eyni dövrünə nisbətən 6,1%, idxal 8,2% azalıb. Ümumi azalma 6,9% təşkil edir.

Sənaye və istehlakçılar haradan, nə alıblar? DGK-nın məlumatına görə, idxal əsasən ərzaq (idxalın 17,13%-i), maşın, mexanizm, elektrik cihazları, onların avadanlıq və ehtiyat hissələri (idxalın 21,82%-i), nəqliyyat vasitələri və ehtiyat hissələrindən (idxalın 10,89%-i) ibarətdir. Siyahıya həm də tütün və tütün məmulatı (2,01%), əczaçılıq məhsulları (2,27%), plastmas və məmulatı (3,63%), taxta-şalban (2,55%), qara metal və məmulatı (9,49%) və s 29,06% daxildir. Əsas tədarükçülər RF, Türkiyə, Çin, ABŞ və Almaniyadır.

Azərbaycan 2017-ci ilin 7 ayı ərzində 4 milyard 429 milyon 770 min manatlıq xam neft ixrac edib. Bu, məbləğ 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20% azdır. Xam neft Azərbaycanın ixracının 72%-ni təşkil edib.

Azərbaycanın ikinci ən çox satdığı məhsul təbbi qaz (669 milyon dolar), üçüncü isə meyvə – tərəvəzdir (253,7 milyon dollar).

Daha çox göstər
Back to top button