Ekonomika

İqtisadiyyata əsaslı kapital qoyuluşu yenə azalıb

2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 faiz az vəsait yönəldilmişdir. Vəsaitin 5395,0 milyon manatı neft sektoruna, 3333,8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 79,2 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 5,2 faizi isə ümumi sahəsi 973,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 faizini təşkil etmişdir.

Dövlət Statistika komitəsi iqtisadiyyata bu ilin 7 ayı ərzində əsaslı kapital qoyuluşu haqqında məlumat yayıb.

Daha çox göstər
Back to top button