Iran qaz nəqlinin artırılması ilə bağlı Ermənistanın istəyini nəzərə alır

İranın Milli Qaz Şirkəti İran qaz nəqlinin artırılması il bağlı Ermənistanın istəyini nəzərə alır.
Bu haqda theiranproject.com-a müsahibəsində şirkətin beynəlxalq əlaqələr üzrə şöbə müdiri Behzad Babazade bildirib.
Onun sözlərinə görə, İran qaz ödənişi pulla almaq üçün qaz ixracının artırılması üzrə İran-Ermınistan ilə ayrı bir müqavilə imzalamaq istəyir. Bildiyimiz kimi, indi İran Ermənistana elektrik enerjisi əvəzinə qaz təchizat edir. “Bu istiqamətdə müzakirələr aparırıq. Ermənistan Rusiyanın qazına üstünlük verir, çünki onun qiyməti daha ucuzdur, biz isə bu fiyatı qəbul etmirik”- deyə o qeyd etdi.
O vurğulayıb ki, əgər tərəflər arasında saziş əldə olunursa, qaz və elektrik mübadiləsi haqqında müqavilə ləğv olunmayacaq. Lakin şirkət Ermənistan ilə bir ayrı müqavilənin imzalanmasını və qaz təchizatı əvəzinə pul almaq istəyir.
Gürcüstan ilə danışıqlara gəlincə, Gürcüstana qaz təchizatı ilə bağlı müqavilə imzalanıb, lakin düzəliş edilməmişdir. Səbəb odur ki, qaz Ermənistanın üzərindən Gürcüstana nəql ediləcək, Ermənistan və Gürcüstan arasında danışıqlar isə düzəliş edilməmişdir.