Siyasət

İsrail Ermənistan mövqeləri istiqamətində sınaqdan keçirildiyini təkzib edir

Ermənsitanda İsrail Dövlətinin səfiri Eliyahu Eruşamlinin fikirncə, İsrail mətbuatında   Ermənistanda İsrailin pilotsuz təyyarələrinin Ermənistan mövqeləri istiqamətində sınaqdan keçirildiyi haqda  yayılmış xəbərləri doğru deyildir.

“Bu xəbər qəzetində yazılmış, sonra isə qəzet  dərc etdiyi xəbərini təkzib etdi. Belə bir şey heç vaxt olmayıb, lakin İsrail hər halda bu məlumatı yoxlayır”- deyə  “Tert.am”-a müsahibəsində səfir qeyd etdi.

O, qeyd etdi ki, bu nəşr Ermənistan-İsrail münasibətlərinə təsr edə bilməz, çünki “heç bir şey olmayıb”.

Qəzetində məqalə dərc edilib və sonra bu məqalə təkzib edilib. Mən hesab edirəm ki, heç bir şey baş verməyib. Biz hər halda bu məumatları yoxlayırıq”- deyə səfir  bildirib.

O, xatırlatdı ki, iki həftə əvvəl İsrail Dövlətinin regional əməkdaşlıq naziri Ermənistana səfər etdi, iki ölkə arasında razılaşmalar imzalanıb, bu da iki ölkə arasında yaxşı münasibətlərin mövcudluğunu göstərir.

“Ermənistan-İsrail münasibətləri  gedərək yaxşılaşdırılır, indi iki ölkə arasında böyük əməkdaşlıq var” – deyə səfir  Eliyahu Eruşamli vurğulayıb.

 

Daha çox göstər
Back to top button