Siyasət
Riçard Hoqland:”Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər”

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir.
Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
“Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrləri vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik”.
R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək