İctimaiyyət

“Turan” müdiri: “Azərbaycan rəhbərliyi KİV-i tamamilə öz nəzarəti altında almaq istəyir”

Cinayət işi çərçivəsində yoxlamalar həyata keçirilir, bunu “Turan” agentliyinin müdiri Mehman Əliyev deyib.

Onun sözlərinə görə, “Turan”-ı böyük vergiləri ödəməkdən imtina etməsində günahlandırırlar və indi ofisdə yoxlamalar edir:

“Bizi vergiləri ödəməkdən imtina etməkdə günahlandırırlar. Yoxlamalar başlanılıb. Hamımız da bilirik ki, Azərbaycanda bu proseslər neçə olur. Nəticəyi də təxmin edə bilirik. “Turan”-ı bağlaya bilər. Bu proses qeyri-qanuni şəkildə olacaq.”, – deyə Əliyev bəyan edib.

Əliyev qeyd edib ki, ölkədə azad proseslər anlayışı qalmamışdır.

“Hər şeyi və hərkəsi nəzarət altında alırlar. Əvvəlcə sənədləri alınır, davamı da klasik olur. Azərbaycanda həmişə belə olur. Əvvəlcə cinayət işi başlanılır, sonra yoxlamalar keçirilir”.

Əliyev deyib ki, indi “Turanda” iş prosesi davam edilir: “Həm biz işləyirik, həm onlar. Biz xəbərləri yazırık, onlar sənədləri yoxlayır”.

 

Daha çox göstər
Back to top button