Yeni tədris ilinin yaxınlaşması ilə bəzi ciddi narahatlıqlar başlayıb

Yay fəslinin bitməsinə az müddət qalıb. Artıq valideynlər və şagirdlər yeni dərs ilinə hazırlaşırlar. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkələrdə, yeni tədris ilinə hazırlaşan valideyn, şagird və tələbələrə “Yeni dərs ili yaxınlaşdıqca sizi əsas narahat edən məsələlər nədən ibarətdir?” sualını ünvanlayıb. Nəticəni təqdim edirik:
Səbinə Əliyeva: “Mənim üçün ən böyük problem metroda və avtobusda səhər saatlarında tıxacların olmasıdır. Yenə həmin günlərin başlaması məni narahat edən əsas səbəbdir”.
Elşad Mətləboğlu: “Geyim və dərsliklərin qiyməti yenə bahalaşacaq. Həmçinin tıxacların artması məni narahat edən məsələlərdən biridir”.
Xəyal Məmmədxanlı: “Daha 10 minlərlə savadsız tələbə və şagirdin yetişdirilməsinə başlanacağı məni narahat edir”.
Rüfət Nəzər: “Məktəb geyiminin, kitabların pulu və tədbirlərə toplanan pullar narahat edir”.
Nərgiz Eldarqızı: “Dərs sistemi, müəllim hegemonluğu və şagird itaəti. Güclü və zəif şagirdlərin mübarizəsi və zəif şagirdlərin güclülər arxasında gizlənərək savadsızlığa sürüklənməsi. Müəllimlərin zəif şagirdlərə etinasızlığı. Dərslərin sıxıcı keçməsi. Müəllimlərin uşaqlarla yaxşı davranmamaları əsas narahatedici səbəblərdəndir”.