Nazir İran tərəfinə Ermənistanda investisiya qoyma imkanlarının təqdim etdi

ER Ərazi İdarəsi və İnkişaf nazirinin birinci Vaçe Terteryan İran İslam Respublikasının Mərkəzi vilayətinin Əziz Faylinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində daş, polyester, liflər, xalçalar, cips, hidroizolyasiya, istixana sahələrində maraqlı olan bir neçə işadamları, o cümlədən “Aloe Vera” və “Fars Alyuminium” fabrikalarının direktoru var idi.
Vaçe Terteryan Ermənistana bu cür səfərlərinin əhəmiyyətinin vurğulayaraq deyib ki: “Ermənistan və İran arasında olan dostluq əlaqələrinin bu səviyyəsində iqtisadi əməkdaşlığın aktivləşməsi çox önəmlidir. Hazırda Ermənistan-İran azad iqtisadi zonasının yaradılma layihəsi var və bu bir yandan Ermənistana İran bazara girmə imkanı verəcək, digər yandan isə, İran üçün AİB və Avropa bazarlarına girmə imkanı yaradacaq”.
Vaçe Terteryan qonaqlara Ermənistan və İran arasında əməkdaşlığın potensialı və investisiya imkanlarını təqdim edib. “Ermənistanda investisiyalar qoymaq üçün olduqca əlverişli mühit vardır və hökümət bu sahədə dətək verməyə hazırdır”,-deyə Terteryan qeyd edib.
Nümayəndə heyətinin sədri Əziz Fayli qəbul üçün təşəkkür edərək İİR vilayətlərinin iqtisadi bazarlarının imkanlarını təqdim edib. İİR nümayəndəsi Ermənistanla iqtisadi əməkdaşlığın aktivləşməsinə əhəmiyyət verərək qeyd edib ki, viza rejiminin ləğv olunması və azad iqtisadi zonasının yaradılmasına yünəlmiş atılan addımlar Ermənistan-İran əməkdaşlığı inkişafına töhvə veriblər.