Qaz və elektrik enerji sahəsində ER-İran əməkdaşlığın gənişləndirilməsi imkanları və potensialı vardır
ER Energetik infrastrukturları və təbii ehtiyatlar naziri, erməni- iran dövlətlərarası komitəsinin həmsədri Aşot Manukyan İran İslam Respublikası prezidentinin müşaviri və İİR azad ticarət zonaları baş şurasının katibi Aqbar Torqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ER Energetik infrastrukurları və təbii ehtiyatlar nazirliyinin məlümatına görə, həmsöhbətçilər energetik sahəsində həm iki tərəfli, həm də regional əməkdaşlığın perspektivlərini müzakirə edib.
“Ermənistanda uğurla əməkdaşlıq edirik, qaz və elektrik enerji sahəsində bunun gənişləndirilməsi imkanları mövcuddur”, -deyə Aqbar Torqan qeyd etdi.
Aşot Manukyan 2036-cı ilə qədər Ermənistan enerji sahəsinin inkişaf strategiyasını təqdim edərək qeyd etdi ki, bu gün İran- Ermənistan yükəsk gərginlikli üçüncü enerji ötürmə xəttinin inşaatını həyata keçirilir.
Nazir, həmçinin, “Meğri” Su elektrik stansiyasının tikinti planına toxunub. Bunun üzrə artıq İran Energetika nazirliyinin razılığı vardır.
Ermənistanda energetik təhlükəsizliyinin möhkəmləşdirilməsi planları barədə danışaraq, nazir Lori rayonundakı “Şnoğ” SES-in əhəmiyyətini vurğulayıb. Masrikdə inşa ediləcək birinci günəş stansiyasının tikinti planını da təqdim edilib.
Meğridə azad iqtisadi zonasının yaradılmasına toxunaraq, Aşot Manukyan vurğulayıb: “Azad iqtisadi zonanın yaradılması gündəmdəki məsələlərindən biridir. Əminəm ki, bu Ermənistan üçün İrana, iranlı tərəfdaşları üçün isə Avrasiya İqtisadi Birliyinin 180 milion bazarına pəncərə olacaq”.