İctimaiyyət

Azərbaycanda daha bir sayt bloklandı, rəhbəri Baş Prokurorluğa çağrıldı

Azərbaycanda daha bir xəbər saytı bloklanıb. Avqustun 17-dən etibarən “infoAZ.org” saytına ölkə ərazisində giriş məhdudlaşdırılıb. Bu haqda saytın rəbəri Namiq Cəfərli məlumat yayıb.

O bildirib ki, saytı bloklamaqla yanaşı, avqustun 18-də səhər saatlarında zəng edərək, onu Baş Prokurorluğa çağırıblar.

“Saat 16:00-da Baş Prokurorluğa çağırılmışam. Hazırda məsələnin nə yerdə olduğu mənə məlum deyil”, – Namiq Cəfərli bildirib.

Azadliq.info

Daha çox göstər
Back to top button