Ekonomika

Qazax rəsmisi ER və Qazaxıstanın inkişafı üçün alternativ enerjiyə əhəmiyyət verir

Alternativ energetika Qazaxıstan və Ermənistanın inkişafı üçün önəmlidir. Bu barədə Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müavini Yerlan Xayirov Ermənistan günü çərçivəsində avqustun 16-da AstanaEXPO-2017 sərgisində öz çıxışında bildirib.

“Biz Ermənistanın ədəbi və bədii irsi ilə həyranıq. Erməni mətbəxini sevirik. Erməni musiqi aləti olan “Duduk”-ə isə, xüsusi diqqət ayrılmalıdır. Ölkələrimiz arasında olan vizasız rejim, o cümlədən Qazaxıstan şəhərləri və Sizin paytaxtınız arasında həyata keçirilən birbaşa uçuşlar vətəndaşlara ölkələrimizin mədəniyyətlərlə tanış olma imkanı verirlər.

Gələcək energetika mövzusu isə, bütün ölkələr üçün də çox akitualdır. Beynəlxalq AstanaEXPO-2017 sərgisi energetik sahəsində yeni çözümlərin təqdim olunması və alternativ energetika imkanlarının araşdırılması və tətbiqi üçün bir platformdur. Qeyd etməliyəm ki, Qazaxıstan və eləcə də Ermənistan üçün alternativ energetika ölkələrin inkişafla bağlı çox önəmli bir istiqamətdir”,-deyə o əlavə edib.

Ermənistan alternativ energetika imkanlarının araşdırması və tətbiq işlərinə aktiv şəkildə cəlb olunmuşdur və prespektivli istiqamətlər olaraq günəş enerjisi, hidroenergetika və geotermal energetikanı görür. Astana 2017 sərgisində Ermənistan genəş enerjisinin inkişaf texnologiyaları ilə təqdim olunur. Ermənistan sərgidə cəlbedici turizm istiqaməti kimi təqdim edilib.

Daha çox göstər
Back to top button