BaşlıcaTəhlil

Xİ nazirlərinin danışıqlar zamanı prezidentlərin görüş məsələsi də müzakirə oluna bilər

Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüş zamanı iki ölkə prezidentlərinin görüş məsələsi də müzakirə oluna bilər. Bu barədə NEWS.am-ə müsahibədə Xİ nazirinin müavini Şavarş Koçaryan bildirib.

Onun sözlərinə görə, təbii ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı hər hansı bir razılığa çatmaq üçün ilk öncə 2 ölkə Xİ nazirləri işləməlidir.

Nazir müavini deyib ki, “danışıqlar aparılsa, prezidentlər görüşü ilə bağlı məsələləri də müzakirə oluna bilər”.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Xİ nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov sentyabrda Nyu-Yorkda görüşəcəklər. Daha əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü 2017-ci ilin sonuna qədər həyata keçirməyə təkif ediblər.

Daha çox göstər
Back to top button