Ekonomika

Ermənistan və ABŞ arasında texnologiya əməkdaşlığı dərinləşdiriləcək

Tətbiq etdiyimiz çox qacetlərin bir hissəsi var ki Ermənistanda edilmişdir. Bu barədə Ermənistanın ABŞ-kı səfiri Qrigor Hovhannisyan bildirib. O xatırlatdı ki, Kaliforniyadakı Silikon vadisi qabaqcıl texnologiya sahəsində Ermənistanın əsas əməkdaşıdır.

“Bu il noyabr ayında Silikon vadisində Ermənistan günləri həyata keçirməyə çalışacağıq. Bunlar hem reklam, hem də birbaşa əlaqələr qurmaq üçün hər il keçirilməlidir”,-deyə o qeyd edib. Səfirin sözlərinə görə, Ermənistandan çox yaxşı fikirlər gəlir və bunların düz marketingi olursa öz alıcıları da olur. Kaliforniya bizim ABŞ bazarlarına girməmiz üçün bir qapı təmin ola bilər”.

Bu məqsədlə artıq oktyabr ayında erməni nümayəndə heyəti Silikon vadisinə gedəcək və Ermənistan-Kaliforniya əməkdalığı haqda xüsusi saziş imzalana bilər. Səfir Hovhannisyan qeyd edib ki, Ermənistan ABŞ ilə əlaqələrində sadəcə dəstək alan tərəf deyil, əməkdaş kimi də özünü təqdim etməyə hazırdır.

Daha çox göstər
Back to top button