BaşlıcaEkonomika

Artsaxda iqtisadi aktivliyin göstəricisi 15% artıb

Artsaxda 2017-ci il iyun ayında iqtisadi aktivliyin göstəricisi 2016-cı il iyun ayı ilə müqayisədə 113.9%, 2017-ci il may ayı ilə müqayisədə 142.5%, 2017-ci il yanvar-iyun aylarında 2016-cı il yanvar-iyun ayları ilə müaqyisədə 115.0% olub.

Bu barədə Artsax Respublikası Milli Statistika Xidmətindən məlumat verilib.

2017-ci il yanvar-iyun aylarında DQR Ümumi daxili məhsul 102.2 milyard dram təşkil edib. 2016-cı ilyanvar-iyun aylarında 87.7 milyard dram idi. ÜDM artım tempi 14.9%, index-deflator isə, 101.4% təşkil edib.

2017-ci il yanvar-iyun aylarında bir nəfərə düşən ÜDM 699.8 min dram, 1444.2 dollar və ya 1333.3 avro təşkil edib.

ÜDM-da qeyd edilmiş 14.9% artımın təxminən 6.0%-i Mədən sənayesi və açıq qazma qurğularının istismarı, 2.6%-i maliyyə və sığorta fəaliyyəti, 2.4 % tikinti, 2.1% elektrik enerjisi, qaz, buxar və sərin hava təchizatı ilə təmin olunub.

Daha çox göstər
Back to top button