İctimaiyyət

Azərbaycanda ölüm halları gündən-günə artır

Azərbaycanda ölüm halları gündən-günə artır.  Artıq bunu nə rəsmi qurumlar, nə də hər gün yeni inkişaf nağılları uyduran səlahiyyətli şəxslər danmaq iqtidarındadır. Ölkədə həyat göstəriciləri hər gün aşağı düşür və bu böhranın nəticəsi də getdikcə artan ölüm hallarının sayında açıq-aşkar özünü göstərir. Rəsmi açıqlamaya görə 2010-cu ildən bu günə kimi Azərbaycanda ölüm halları 1,1 dəfə artıb. Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral ayları üçün açıqladığı ölüm hallarınım sayı 11 070 olub. Bu göstəriciyə əsasən əhalinin hər 1000 nəfərinə hesablanan ölüm səviyyəsi 7,1 % təşkil edib. Açıqlanan rəqəmi keçən ilin yanvar-iyul ayları üzrə qeydə alınan 33,0 min,  oktyabr ayı üzrə qeydə alınan 46,5 min, ilin sonuna qeydə alınan  56648-ə ölüm halı ilə müqayisə etsək, aylar üzrə artımı özümüz  açıqca görə bilərik.

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələni belə izah edir: “Cəmiyyət mürəkkəbləşdikcə, hər bir situasiyadan baş çıxarmaq mənasında çətinliklər yaranır. Bu isə öz fəaliyyətini, davranışını, güzəranını qurmaq baxımından insanlara çətinlik yaradır. Yaranan çətinliyin özü də bir stress yaradır. Stressin çoxalması hesabına əhali arasında yayılan qan-damar, əsəb xəstəlikləri artmaqda davam edir.

Daha çox göstər
Back to top button