İctimaiyyət

Hakimiyyətin Əli Kərimliyə qarşı hücumuna ictimaiyyətdən sərt etiraz

Yola saldığımız həftə hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı növbəti total hücum kampaniyası ilə yadda qaldı. Buna səbəb isə güman ki, AXCP sədrinin feysbuk səhifəsindən yaydığı son videomüraciət oldu. Əli Kərimli xalqa müraciətində özünün və ailəsinin maliyyə vəziyyətinə dair hesabat verib və ölkə başçısı İlham Əliyevi də hesabat verməyə çağırıb. O, özünə qarşı hakimiyyətdən qidalanan “övladlarının təhsil xərcini necə ödəyir, nəyin hesabına yaşayır” kimi suallara detallı şəkildə aydınlıq gətirərək, İ.Əliyevdən də ailəsinin milyardlarla dollarlıq sərvətə necə sahib olduğuna cavab istəyib.

Bunu Azadliq.info yazır.

Hakimiyyətin bu aşkar həysızlıq əlaməti olan hücumu fəal ictimaiyyətin sərt və geniş etirazı ilə qarşılanıb. Etirazlar təbii ki, sosial mediada, əsasən də feysbukda ifadə olunur. Ölkənin tanınmış ictimaiyyət xadimləri, ziyalıları AXCP sədrinin növbəti dəfə haqsız və əsassız yerə hədəf alınmasını pisləyən mövqe açıqlayıb və açıqlamaqda davam edir. Onlardan biri təqdim edirik:

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli:

Bunlar bu günlərdə elə bir yalana əl atdılar ki, Göbbels paxıllıqdan gorunda fırfıra kimi fırlandı. Əli Kərimlinin iki yaxın adamı- sürücüsü Paşa Umudov və AXCP Məclis üzvü Kərim Mehdiyevin adından Əli bəyi “ifşa edən”, böhtan və yalanlarla dolu yazılar yazdılar və utanmadan, qızarmadan, həya etmədən bunu özlərinin artıq başdan-başa sarılaşmış mətbuatında yaydılar. Nəinki əzəldən mahiyyəti üzrə “publiçniy” işlərlə məşğul olan tərbiyəsiz saytlar, hətta az-çox mətbuat adına iddialı olan “Lent.az” kimi KİV-lər də bu çirkaba bulaşdı, absurdun və həyasızllığın zirvəsini fəht etdi. Əli bəy haqqında tənqid yazmaq olmazmı? Əlbəttə, olar. Onu yaxın ətrafı tənqid edə bilməzmi? Əlbəttə, edə bilər. Amma məsələnin absurd yönü odur ki, nə Paşa bəy, nə Kərim bəy belə yazılar yazııb, ikisi də bu gün də Əli bəyi yanındadırlar və onların adından yazılan bu “etirafları” qətiyyət və qəzəblə təkzib edirlər. Paşa bəylə hər həftə Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarında görüşürük, baş verənləri müzakirə edib gülürük. Kərim bəy hal-hazırda ölkədə olmasa da fb səhifəsindən bu əxlaqsızlığı edənlərə öz sərt və kəskin cavabını verib. Amma bir anlığa düşünün- görün dövlət hakimiyyəti adına iddialılar bu hakimiyyətin səviyyəsini hansı diblərə salıblar ki, canlı, həyatda olan, bu gün də Əli bəylə birlikdə mübarizə aparan insanların adından belə çirkablar yayırlar. Çünki, ölkədə müstəqil mətbuatın bircə nümunəsinin də olmadığına, mətbuat azadlığını kökündən məhv etdiklərinə arxayındırlar. Bu rüsvayçılıqları ifşa etmək üçün hələlik əlimizdə yeganə bir vasitə- facebook imkanı qalır. Şübhəsiz ki, şanlı hakimiyyətimiz onu da tezliklə qapatmağa, ən azından, məhdudlaşdırmağa hazırlaşır. Qoy olsun. Mətbuat azadlığı imitasiyasındansa, sərt, acı gerçəklik yaxşıdır. Qoy sosial şəbəkələri də qapatsınlar və real mahiyyətlərini dünyaya təqdim etsinlər. Bunun ardınca…Rusiya, İran və Şimali Koreya şər üçbucağının kvadrata çevrilməsi prosesi gələcək. Əminəm ki, analoqu olmayan hökumətimiz bunu da bacaracaq, bu “tarixi uğur”a da imza atacaq!

Daha çox göstər
Back to top button