Mədəniyyət
Rusiyada Aram Xaçatryan haqqında film çəkməyə hazırlaşırlar

Rusiya kino şirkətlərindən biri erməni bəstəkarı Aram Xaçatryan haqqında film çəkməyə hazırlaşır.
“Rusarminfo”-nin məlümatına görə, “Suserov parı” (Qılıncla rəqs) başçılığı ilə filmin rejisoru və ssenaristi Yusup Razikovdur. Filmi Ruben Dişdişyanın “Mars Media” şirkəti çəkəcək. Film çəkişləri 2018-ci ildə Ermənistan və Rusiyada başlanacaq.
Nəzərdə tutulur ki, bəstəkar haqqında bu film 2018-ci ilin sonunda ya da 2019-cu ilin başlanğıcında ekrana çıxacaq.
Filmin yaradılmasına Ermənistan və Rusiya Mədəniyyət nazirlikləri maliyyə dəstək verirlər.