Ekonomika

«Arm Security-2017»: Təhlükəsizlik texnologiyaları nümayiş olunacaq

“Yerevan-Expo”  sərgi kompleksində sentyabrın 2-dən 4-dək ER Fövqəladə Hallar Nazirliyi təşəbbüsü ilə “Arm Security-2017” təhlükəsizliyin yüksək texnologiyalarının beynəlxalq sərgisi keçiriləcək. Tədbirdə fövqələdə hallar və nəticələrin aradan qaldırılması sistemləri və texnologiyaları, o cümlədən xilasetmə və yanğın təhlükəsizliyi xidmətləri üçün nəzərdə tutulan xüsusi texnikaları təqdim ediləcək.

Sərgi ərzində ictimaiyyətə fəlakət riskinin azaldılması və nəticələrin aradan qaldırılması, xilasetmə əməliyyatlarının keçirilməsi, fövqəladə hallarda monitoring üçün nəzərdə tutulan innovativ yüksək texnologiyalı avadanlıqlar təqdim olunacaq.

Sərgidə Ermənistandan və xaricdən yüksək səviyyəli rəsmilər, sahənin görkəmli nümayəndələri, öz istəhsalı və xidmətlərini təqdim edən beynəlxalq və erməni şirkətləri iştirak edəcəklər.

Daha çox göstər
Back to top button