İctimaiyyət

Azərbaycanda nikahlar azalıb, boşanma çoxalıb

Ötən il Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” adlı rəsmi nəşrində belə deyilir.

“Bu nikahların sayının 2013-cü ilə nisbətən 1,3 dəfə azalması, boşanmaların sayının isə 1,12 dəfə artması deməkdir. Şəhərlərdə 36 min 739 nikah, 9173 boşanma, kəndlərdə isə 30 min 032 nikah, 3941 boşanma qeydə alınıb.

Göstəricilərə görə, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28,6-ya, qadınlarda isə 24,1-ə bərabər olub. Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.

Ötən il Azərbaycanda kişilər ən çox 25-29 (29 min 260 nəfər), qadınlar isə 18-24 yaşlarında (44 min 503 nəfər) nikaha daxil olublar.

Boşanma halları isə kişilərdə 30-34 (3198 nəfər), qadınlarda 25-29 yaşlar arasında (3453 nəfər) üstünlük təşkil edib.

Daha çox göstər
Back to top button