Siyasət

E. Şarmazanov Argentina səfirinə qəbul edib: Ermənistan sülhü ixrac edən bir ölkədir

ER Parlament sədrinin müavini Eduard Şarmazanov ER-da Argentina Respublikası Fövqəladə və səlahiyyətli səfiri Gonzalo Urriolabeitianı qəbul edib. ER Parlament sədrinin müavini parlament diplomatiyasının roluna əhəmiyyət verərək, beynəlxalq qurumlarda dost ölkələrin əməkdaşlığının əhəmiyyətini vurğuladı.

Eduard Şarmazanov deyib ki, keçmiş əsrin başlanğıcında ermənilərə sığınacaq verərək, Argentina onların ikinci vətəni olub və Erməni Soyqırımının tanınaraq məhkum edilməsi üçün əlindən gələni edib.

Eduard Şarmazanov iki tərəfli münasibətlərinin inkişafı üçün  qarşılıqlı səfərlərin roluna əhəmiyyət verərək, Argentinalı əməkdaşını Ermənistana dəvət edib.

Gonzalo Urriolabeitia qəbul üçün təşəkkür edərək, dost ölkələr arasında münasibətlərin inkişafı üçün parlament əməkdaşlığına əhəmiyyət verib.

Səfirin sözlərinə görə, Argentinadakı erməni cəmiyyəti iki ölkənin dostluğu və münasibətlərinin möhkəmləşdirilməsinə müsbət təsir göstərib.

Daha çox göstər
Back to top button