Ekonomika

Ermənistan və Çin birbaşa uçuşlar ilə bağlı məsələləri müzakirə edir

ER hökumətinin yanında Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Sergey Avetisyan payızda Çinə gedəcək. Səfər çərçivəsində “Ermənistan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında hava rabitəsi haqda” saziş imzalana bilər və ER istiqamətilə birbaşa uçuşlar həayata keçirmə haqda detallar müzakirə olunacaq.

Bu barədə Mülki Aviasiya Baş İdarəsinin məybuat katibi Satenik Hovhannisyan məlumat verib və əlavə edib ki, Sergey Avetisyanın dəvəti ilə Çin Xalq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəis müavini Vang Chitsingin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasına gəlib.

Səfər çərçivəsində “Ermənistan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında hava rabitəsi haqda” saziş təsdiqlənib və iki ölkə aviyasiya rəhbərliyi arasında anlaşma memorandumu imzalanıb.

Səfər çərçivəsində erməni nümayəndə heyəti MABİ rəisi Sergey Avetisyanın başçılığı ilə çin aviyaşirkətlərinin nümayəndələri ilə görüşmək üçün Çin Respublikasına getmə dəvəti alıb.

Daha çox göstər
Back to top button