Ekonomika

Livan inşaat şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

ER hökumətinin yanında Şəhərsalma üzrə Dövlət Komitəsinin sədr müavini Armen Qularyan Ermənistan Respublikasının Livandakı fövqəladə və səlahiyyətli səfiri Samvel Mkrtçyanı və Livanda tikinti materialları istehsalı sahəsində aparıcı MCİC (Moussawi for Commerce, Industry & Contracting Sal) şlirkətinin rəhbəri Başir Al Mussavatii qəbul edib.

ER Hökumətinin yanında Şəhərsalma üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, görüş zamanı Livan şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

MCİC şirkətinin qurucusu Başir Al Mussavi şirkətin fəaliyyətini, bazardakı mövqeyini, ənənəvi və modern texnologiyaları ilə metal konstruksiyaların tətbiqini ətraflı şəkildə təqdim edib.

Armen Qularyan qeyd edib ki, Şəhərsalma üzrə Dövlət Komitəsi yeni əməkdaşlar və iş əlaqələrinin qurulmasına əhəmiyyət verir. Görüş sonunda tərəflər arasında yaxın zamanda lazımi məlumatların mübadiləsi və gələcək əməkdaşlıq yollarını seçmək barədə razılaşmaya çatıblar.

Daha çox göstər
Back to top button