Siyasət
Türkmənistan prezidenti rəsmi səfəri ilə Ermənistana gəlib

Prezident Serj Sarkisyanın dəvəti ilə avqustun 23-də Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov rəsmi səfəri ilə Ermənistan Respublikasına gəlib. Q. Berdımuxamedovu “Zvartnots” havalimanında ER Energy infrastrukturlar və Təbii sərvətlər naziri Aşot Qulyan qarşılayıb.
Səfər çərçivəsində Türkmənistan prezidenti ER yüksək səviyyəli rəhbərliyi ilə görüşəcək.
Prezident sarayında Ermənistan-Türkmənistan yüksək səviyyəli danışıqlardan sonra sənədlər imzalanacaq.
Prezidentlər Serj Sarkisyan və Qurbanqulı Berdımuxamedov danışıqlar nəticələrini yekunlaşdıran mətbuat konfransı təşkil edəcəklər.