Ekonomika

Natiq Cəfərli: “Gələn ilin əvvəlindən xarici borc kəskin artacaq”

Azərbaycanın xarici borcu 12 milyard manatdan çoxdu․

Bunu Meydan TV yazır.

Natiq Cəfərli: “Gələn ilin əvvəlindən xarici borc kəskin artacaq”.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, açıqlanan rəsmi rəqəmlər də göstərir ki, Azərbaycanın xarici borcu sürətlə artır:

“Xarici borcun hesablama qaydaları da rəsmi statistikada fərqlidir. Rəsmi statistikada Azərbaycanın aldığı kredit borcları göstərilir, halbuki dövlət xətti ilə əlavə müqavilələr də bağlanıb, o müqavilələrə görə 11 milyard dollardan çoxdur. Hələ ki, bu müqavilələr realizə olunmağa başlamayıb, gələn ilin əvvəlindən xarici borc kəskin artacaq. Beynəlxalq praktikada dövlət zəmanəti ilə götürülən borcların özü də dövlətin öhdəliyi kimi qəbul olunur. Bunu “Beynəlxalq Bank”ın təcrübəsində də gördük. Dövlət borcun öhdəliyini öz üzərinə götürməyə məcbur oldu. Dövlətin öhdəliyi ilə götürülən digər borcları da bu siyahıya əlavə etsək, görərik ki, bu, ümumdaxili məhsulun yarısına yaxınlaşır, hətta bəzi hesablamalara görə yarısından da artıqdır”.

Daha çox göstər
Back to top button