BaşlıcaBeynəlxalq

Bolqar jurnalist BMT-dən Əliyevin beynəlxalq cinayətlərinin araşdırmasını tələb edir

Bolqarıstanda dərc edilən “Trud” (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva avqustun 24-dən işdən qovulub. O əmindir ki, bunun arxasında Azərbaycan və Əliyev rejimidir. Dilyana Qaytanciyevaın prroblemləri Azərbaycan aviaşirkəti vasitəsilə terrorçulara silah təchizatı barədə məqaləsindən sonra başlayıb.

Dilyana Qaytanciyeva “Armenpress” ilə eksklüziv müsahibəsində hadisə ilə bağlı ətraflı məlumat verib. Jurnalist deyir ki, avqustun 23-də Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılmışdı.

“Məni Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağıraraq, Suriyadakı terrorçulara silahların təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual etdilər. Mən gizli sənədləri necə əldə etdiyimi anlatdım, lakin mənbə haqda məlumat verməkdən imtina etdim, çünki bunu etmək məcburiyyətində deyiləm”,-deyə Dilyana Qaytanciyeva qeyd edib.

Dilyana Qaytanciyeva Bolqarıstan Milli Təhlükəsizlik Agentliyindən çıxdıkdan sonra “Trud” qəzetində tutduğu vəzifədən xaric olunub.

“Sorğu-sual edildikdən bir neçə saat sonra iş sekreterim zəng etdi və ofisə getməmi istədi. Ofisə getdim və heç bir izahat vermədən məni işdən qovdular. Mən baş redakrola belə görüşəmədim.

Əminəm ki, bütün bunların arxasında nüfüzlü insanlar dayanır. Bu məsələ şəxsi deyil, aviaşirkəti vasitəsilə terrorçulara silah daşıyan Azərbaycanla bağlıdı”,-deyə Qaytanciyeva əlavə edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan aviaşirkəti vasutəsilə terrorçulara silah təchizatı barədə məqalədən sonra səfirlik hadisəni araşdırmak istəyib.

“Məqalə dərc edildikdən sonra Azərbaycan səfirliyi şikayət edib və bildirib ki, məqalə öz ölkəsinə qarşı yönəlmişdir. Bəli, həm özlərinə, həm də bu işdə olan digərlərinə qarşı yönəldilmişdir. Azərbaycan səfirliyi mənim fəaliyyətlərimi araşdırmağa çağırıb və indi terrorçulara silah daşıyanların cinayət fəaliyyətini araşdırmaq yerində məlumat mənbəyini öyrənməyə çalışırlar”.

Dilyana Qaytanciyeva qəzetə ilə bağlı deyib ki, onun müqaviləsi heç bir izahat olmadan pozuldu və aydındır ki, qəzetə müstəqil jurnalistikaya dəstək olmur.

Jurnalist qeyd edib ki, Suriyaya gedərək öz istintaqını davam etmək niyyətindədir.

“Bir neçə azərbaycanlılarda qəzəbli şərhlər aldım. Heç kəs məni dayandıra bilməz. Mən etdiyim işləri etməyə davam edəcəyəm”,-deyə bolqar jurnalisti qeyd edib.

Dilyana Qaytanciyeva bütün ədalət tərəfdarlarını Əliyev rejiminin qanunsuzluqlarına qarşı mübarizə etməyə çağırır. Jurnalistin sözlərinə görə, öz jurnalist həmkarları da onu dəstəklənmirlər.

“Onar öz fikirlərini ifadə etməkdən və Azərbaycan haqqında həqiqəti anlatmaqdan qorxurlar. Əminəm ki, Azərbaycan Bolqarıstanın daxili işlərinə müdaxilə edir. Bu cür hadisələr ilk dəfə olmur”.

Qaytanciyeva əmindir ki, Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq cinayətlər BMT tərəfindən araşdırılmalıdır.

“Azərbaycan hakimiyyətləri beynəlxalq hüquqa əsasən məsuliyyət daşımalıdır. Məndə bir çox video və dəlillər var. Onlar sübüt edir ki, Suriyada Azərbaycan aviaşirkəti tərəfindən təchiz olunan silahla günahsız insanlar öldürülür”,-deyə jurnalist vur\ulayıb.

Araşdırmaçı jurnalist qeyd edib ki, Azərbaycan tərəfindən söz azadlığını məhdudlaşdırmaq məqsədilə tətbiq edilən müxtəlif təzyiqlərdən başqa rüşvət də geniş şəkildə istifadə olunur. Beləliklə də, onlar Bulqarıstanın bir neçə KİV-lərindən onları müsbət şəkildə təqdim edən məqalələr istəyir və istənilməz səsləri susdururlar.

Xatırladaq ki, Bolqarıstanda dərc edilən “Trud” (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə terrorçulara silah təchizatı barədə məqaləsinə görə işdən qovulmuşdur.

Dilyana Qaytanciyeva bir müddət öncə məqalə yazmış və həmin məqalədə aşkar etmişdi ki, “Silk Way” aviaşirkəti və Azərbaycan Hərbi-Hava Qüvvələri diplomatik aviareyslər adı altında Suriya, İraq, Əfqanıstan, Pakistan və Konqoya silah daşıyır.

Daha çox göstər
Back to top button