İctimaiyyət

Fransa Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərə əməl etməyə çağırır

“Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər durur”.

Fransa Xarici İşlər Nazirliyi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.

Nazirlik bəyanatda baş verənlərdən narahat olduğunu bildirib:

“Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq. Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır”.

Daha çox göstər
Back to top button