İctimaiyyət

ABŞ və Avropada Mehman Əliyevin hüquqlarını müdafiə etmək üçün mitinq və piketlər keçiriləcək

Hazırda Niderlandda yerləşən Sülh və Demokratiya İnstitutu (SDİ) və “Turan TV” (Fransa) müstəqil peyk televiziyası Azərbaycanda həbs edilmiş “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin 2017-ci il oktyabrın 27-də qeyd olunan 60 illik yubileyinin geniş və təntənəli surətdə keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.

” Avropa və ABŞ ölkələrinin şəhər və paytaxtlarında Azərbaycanda təsbit edilmiş istibdadla bağlı və “Mehman Əliyevə AZADLIQ” tələbİ ilə plakatların qaldırılacağı və şüarların səsləndiriləcəyi mitinq və piketlərin keçirilməsi planlaşdırılır”, – deyə SDİ-in məlumatda bildirilir.

Strasburqda Avropa Şurasının binası qarşısında, Brüsseldə Avropa Parlamentinin binası önündə, Vaşinqtonda Ağ Evin qarşısında, Haaqada, Berlində, Romada, Londonda və dünyanın digər paytaxtlarında mitinqlər keçirmək üçün Qərargah yaradılır .

Daha çox göstər
Back to top button